Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 08:20
"Yuventus"un futbolçusu Alvaro Moratanın cəzası yüngülləşdirilib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı İtaliya Futbol Federasiyası verib.
Qurum "Benevento" ilə A seriyasının oyununda (1:1) hakimə qarşı qeyri-etik davranışı üçün 2 oyunluq diskvalifikasiya olunan hücumçu ilə bağlı apelyasiyanı müsbət cavablandırıb. Cəzası bir oyuna endirilən Morata "Cenoa" ilə həftəsonu keçiriləcək qarşılaşmada meydana çıxa biləcək.
Qeyd edək ki, Alvaro 8 min avro cərimə ödəməli olacaq.