Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 08:48
Qida dəbulu və şirniyyatlardan imtina etməklə aclıq hissi yaşamadan arıqlamağaın ən asan yolu tapılıb.
Belə ki, bəzi dietoloqlar müxtəlif qidalardan istifadə etməklə aclıq hissini yatışdırmaqla arıqlamağı məsləhət görürlər. Bu qidalar mədənin həcmini böyütmür, amma orqanizmin vitamin və mineral balansını saxlamaqla arıqlamağa səbəb olur. Bu qidalara aiddir:
Şokolad.
Təbii antioksidant olmaqla yanaşı şokolad insanda endorfin hormonunun artmasına səbəb olan bir qidadır. Şokolad insanda aclıq hissini öldürməklə insanın stressini aradan qaldırır və aclığın beyinə olan təsirinin qarşısını alır. Dietoloqlar şokolad yeməklə ən çox zehni fəaliyyətlə çalışanların pəhriz saxlamalarını məsləhət görürlər.
Bal.
Bal təbiətin insanlar bəxş etdiyi ən qiymətli nemətlərdən sayılır. Bal maddələr mübadiləsini yaxşılaşdırmaqla orqanizmin bütün mineral və vitamin balansının ödəyir. Gün ərzində acdığınız zaman 1 qaşıq bal, 1 stəkan ilıq su qəbul etməklə aclıq hisinizi öldürə və qida qəbulundan imtina edə bilərsiniz.
Quru meyvələr.
Qoz, fındıq, badam və s. ləpələri və müxtəlif meyvə quruları qəbul etməkə orqanizmin ehtiyacı olan mineral və vitaminləri qəbul edərək başqa qida yemədən arıqlamaq mümkündür. Bu qidalar da mədə və bağırsaqları böyütmür və qarın, bel hissənin enlənməsinə yol vermir.
Dondurma.
Dondurmanın tərkibində olan kalsium sümük sistemini möhkəmləndirməklə orqanizmin aclıq hissinin aradan qalxmasına yardım edir. Gün ərzində bir-neçə dondurma yeməklə aclıq hissinizi aradan qaldırmağa nail ola bilərsiniz. Bu üsulla bir-neçə gün pəhriz saxlasanız qarın bölgənizdəki piylərin azaldığını görəcəksiniz.
Marmelad.
Marmelad az kalorili şirniyyat sayılır. Təbii üsullarla ev şəraitində hazırlanmış marmelad aclıq hissini aradan qaldırmaq qabiliyyətinə malikdir. Onun tərkibində olan pektin, jelatin orqanizmdə toksiki maddələrin xaric olmasına səbəb olacaq və həzm sistemini normallaşdıraraq qanda pis xolesterinin miqdarının azaldacaq.