Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 12:09
Bakı. Trend:
Erməni təxribatı nəticəsində ziyan dəymiş evlərin bərpası üçün qiymətləndirmə işləri aparılır.
Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.
Onun sölərinə görə, hazırda həmin ərazilərdə işlər gedir:
“Müharibə zamanı ziyan dəymiş evlər bərpa olunacaq. Hazırda həmin ərazilərdə bir neçə qurum tərəfindən işlər gedir. Bu məsələlər yekunlaşdıqdan sonra işlərə başlanılacaq”.