Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xüsusi karantin rejimi dövründə ev heyvanlarının gəzdirilməsi üçün icazənin alınma qaydası açılanıb

Xüsusi karantin rejimi dövründə ev heyvanlarının gəzdirilməsi üçün icazənin alınma qaydası açılanıb

Tarix: 12 Dekabr 2020 17:15

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) ev heyvanlarını gəzdirməklə bağlı məsələyə aydınlıq gətirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ərzaq və dərman almaq, bank və poçt xidmətlərindən istifadə etmək üçün, habelə açıq havada vaxtın keçirilməsi ilə əlaqədar SMS vasitəsi ilə evdən çıxmaq icazəsi almış şəxslər 3 saat müddətində həm də ev heyvanlarını gəzdirə bilərlər.


Etiketlər:  Xüsusi karantin rejimi dövründə heyvanlarının gəzdirilməsi üçün icazənin alınma qaydası açılanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ