Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ''Niva'' bir neçə maşını əzib, sürücü isə hadisə yerindən yayınıb - FOTO

Bakıda ''Niva'' bir neçə maşını əzib, sürücü isə hadisə yerindən yayınıb - FOTO

Tarix: 13 Dekabr 2020 10:08

Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

"Niva" markalı avtomobil idarəetmədən çıxaraq işıqforun qırmızı işığında dayanan "VAZ 2115" və iki "Hyundai" markalı avtomobillərə çırpılıb. Daha sonra sürücü avtomobillə birgə ərazidən uzaqlaşıb. "Hyundai"ın sürücüsü Cavid Xəlilovun APA-ya verdiyi məlumata görə, "Niva" yüksək sürətlə hərəkətdə olub.

Faktla bağlı Yol Patrul Xidmətinə müraciət edilib. Daha sonra "Niva" markalı avtomobili idarə edən sürücü avtomobillə birgə əraziyə gətirilib. O bildirib ki, hadisədən yayınmaq istəməyib, sadəcə, anası xəstə olduğu üçün ərazini tərk etməli olub.

Nərimanov polisi sürücünü hadisə yerindən yayındığı üçün məsuliyyətə cəlb edib.

Milli.Az


Etiketlər:  Bakıda Niva neçə maşını əzib sürücü isə hadisə yerindən yayınıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ