Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2020 15:26
Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.
Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Qeyd edək ki, Eldəniz 1/8 finalda Sebastyan Kolompara (Serbiya) 9:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Emin Seferşayevə (Rusiya) uduzub - 1:9. Rəqib finala çıxdığından təmsilçimiz medal uğrunda mübarizəni davam etdirib.