Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

7 yaşlı qızdan İNANILMAZ ADDIM: 20 min dollar bağışladı

7 yaşlı qızdan İNANILMAZ ADDIM: 20 min dollar bağışladı

Tarix: 14 Dekabr 2020 07:30

ABŞ-da yaşayan 7 yaşlı Heyli Orlinski düzəltdiyi kauçuk bilərzikləri sataraq Çikaqodakı uşaq xəstəxanasına 20 min dollar ianə edib.

Milli.Az xəbər verir ki, ianə ilə xəstəxanadakı işçilərin koronavirus dövründə qoruyucu vasitələrini ala biləcəklərini söyləyən bələdiyyə sədri bu məbləğin bəzi tədqiqat layihələrinə də kömək edəcəyini qeyd edib.

Xəstəxanadan bildirilib ki, bu, 7 yaşlı uşaq üçün inanılmaz məbləğdir.

Qızcığazın anası Lori Orlinski deyib ki, xarici ölkələrdən belə bilərzik almaq istəkləri var və qızının hobbisini xeyriyyə kampaniyasına çevirdiyini qeyd edib. (publika.az)

Milli.Az


Etiketlər:  7 yaşlı qızdan İNANILMAZ ADDIM 20 min dollar bağışladı


RƏYLƏR