Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 10:03
Bakı. Samir Əli - Trend:
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini Şahvəddin Hümmətovun COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunub, sanitar-karantin rejimi qaydalarına riayət etməsi tapşırılıb. Qaydaları pozacağı təqdirdə məsuliyyətə cəlb olunacağı barədə məlumatlandırılıb. Buna baxmayaraq Ş.Hümmətov qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Onun hərəkətdə olduğu yer polislər tərəfindən müəyyən olunub və yaşadığı ünvana geri qaytarılıb.
Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində Ş.Hümmətov barəsində cinayət işi başlanılıb.