Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid olarkən “qızıma tez-tez baş çəkin” demişdi - Dünən 1 yaşı oldu - VİDEO

Şəhid olarkən “qızıma tez-tez baş çəkin” demişdi - Dünən 1 yaşı oldu - VİDEO

Tarix: 14 Dekabr 2020 11:14

Vətən müharibəsində şəhid olan baş leytenant Zaur Hüseynovun yeganə övladı Zeynəbin ötən gün bir yaşı tamam olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanımız son nəfəsində belə qızını düşünüb, öz döyüşçü dostlarına qızına tez-tez baş çəkmələrini, onu tək qoymamalarını tapşırıb.

Şəhid baş leytenant Zaur Hüseynov 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşüb. O, Füzuli rayonunun Qaraxanbeyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrahmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzger kəndləri uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib, bu ərazilərin işğaldan azad edilməsində öndə gedən, bu kəndlərə bayrağımızı sancan hərbçilərimizdən olub.

O, silahdaşları ilə birlikdə erməni postunu mühasirəyə alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.


Etiketlər:  Şəhid olarkən qızıma baş çəkin demişdi Dünən yaşı oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ