Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşir

Çempionlar Liqasında 1/8 final cütləri müəyyənləşir

Tarix: 14 Dekabr 2020 12:40

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

16 komanda 8 cüt təşkil edəcək. Püşkatma zamanı komandalar hərəsində səkkiz iştirakçı olmaqla 2 səbətdə yer alacaq.

Qrup mərhələsinin qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər səbətində olacaq. Qrup qalibləri ilk matçı səfərdə keçirəcək.

Səpələnmişlər

"Bavariya" (Almaniya)
"Mançester Siti" (İngiltərə)
"Liverpul" (İngiltərə)
"Çelsi" (İngiltərə)
"Borussiya" (Dortmund, Almaniya)
"Yuventus" (İtaliya)
PSJ (Fransa)
"Real" (İspaniya)

Səpələnməmişlər

Porto" (Portuqaliya)
"Atalanta" (İtaliya)
"Sevilya" (İspaniya)
"Latsio" (İtaliya)
"Barselona" (İspaniya)
"Leypsiq" (Almaniya)
"Atletiko" (İspaniya)
"Borussiya" (Mönhenqladbax, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.


Etiketlər:  Çempionlar Liqasında final cütləri müəyyənləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ