Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı halda SMS icazəyə ehtiyac yoxdur? - DİN-dən açıqlama

Hansı halda SMS icazəyə ehtiyac yoxdur? - DİN-dən açıqlama

Tarix: 14 Dekabr 2020 12:48

Bu gündən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq edilir.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, artıq icazəsi olmayan vətəndaşlar SMS icazə almadan küçəyə çıxa bilməzlər.

Lakin bu məqamda yenə də vətəndaşlarda müəyyən suallar yaranır. Suallar odur ki, vətəndaşlar zibil atmağa çıxarkən, yaxud da həyətdə, yaxınlıqdakı məhəlləiçi marketə düşərkən, habelə qarşı evə qonaq gedərkən də SMS icazəsi lazım olacaqmı?

Nazirlər Kabinetinin qərarında açıq göstərilir ki, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe, çay evlərinə müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsinə və onlayn satışa icazə verilir.

Bundan başqa, vətəndaş mağazaya və yaxınlıqdakı ticarət obyektinə gedərkən də mütləq rəsmi qaydada icazə almalıdır.

Qeyd edək ki, Operativ Qərargahın qərarına əsasən, SMS-icazə sistemi aşağıdakı hallarda tətbiq edilir:

- təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

- ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

Yəni vətəndaş evi tərk edirsə, o, mütləq qaydada 8103 qısa nömrəsinə SMS göndərməli və icazə almalıdır.

Bu icazəni repitetor yanına gedənlər, o cümlədən evi tərk edən bütün şəxslər almalıdır. Bütün hallarda icazə almaq lazımdır. Yalnız zibil atmaq üçün evi tərk edənlərə icazə tələb olunmur. Bu zaman vətəndaş evinə ən yaxın olan məişət tullantıları kanteynerlərinə yaxınlaşmalıdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, Nazirlər Kabinetinin qərarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün polis və daxili qoşunların hərbi qulluqçuları xidmətini davam etdirirlər və nəzarət baxış tədbirləri həyata keçirirlər.


Etiketlər:  Hansı halda icazəyə ehtiyac yoxdur DİN dən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ