Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samir Abasov sağaldı, iki yeni yoluxma - “Neftçi”də son durum

Samir Abasov sağaldı, iki yeni yoluxma - “Neftçi”də son durum

Tarix: 14 Dekabr 2020 17:34

"Neftçi"də son koronavirus testinin nəticələri müəyyən olub.

Milli.Az bildirir ki, bu barədə qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. O, baş məşqçi Samir Abasovun sağaldığını deyib.

Virusa yoluxmuş futbolçulardan Fəhmin Muradbəylinin və Mamadu Mbodjun da testinin nəticəsi neqativ olub.

Klub rəsmsi yeni yoluxanların da olduğunu bildirib. Kamran İbrahimov və Bruno Teluşidən götürülən test nümunələrinin nəticələri pozitiv çıxıb.

Həmçinin, Allahverdiyev bu həftə ərzində klubun yenidən koronavirus testindən keçəcəyini bildirib.

Qeyd edək ki, bunadək köməkçi məşqçilərdən Vəfadar Quliyevlə Qədir Həsənov, futbolçulardan Vojislav Stankoviç, Anton Krivotsyukun təkrar testlərinin cavabları neqativ çıxmışdı. Daha əvvəl isə Emin Mahmudov, Mirabdulla Abbasov və Cabir Əmirli koronavirusdan sağalmışdılar.

Milli.Az


Etiketlər:  Samir Abasov sağaldı iki yeni yoluxma Neftçidə son durum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ