Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yerevanda növbəti aksiya: Paşinyanın istefası tələb edilir

Yerevanda növbəti aksiya: Paşinyanın istefası tələb edilir

Tarix: 14 Dekabr 2020 19:20

Bakı. Trend:

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, yürüşdə yüzlərlə müxalifət tərəfdarı qatılıb.

Etirazçılar "xəyanətkar Nikol", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Mitinqlərin əsas təşkilatçıları "Daşnaksütun", "Ana Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır.


Etiketlər:  Yerevanda növbəti aksiya Paşinyanın istefası tələb edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ