Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA Avropa Liqası: Pley-off mərhələsinin püşkü atılıb

UEFA Avropa Liqası: Pley-off mərhələsinin püşkü atılıb

Tarix: 14 Dekabr 2020 20:32

Bakı. Trend:

Dekabrın 14-də futbol üzrə UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.

Trend-in məluatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib

Püşkatmada qruplarında ilk iki yeri tutmuş 24 komanda ilə yanaşı, UEFA Çempionlar Liqasından gəlmiş 8 klub iştirak edib. Artıq onlar iki səbətə bölünüblər. Qrup qalibləri və UEFA Çempionlar Liqasından mübarizəni dayandırmış kollektivlərdən 4-ü səpələnmişlər, digərləri isə səpələnməmişlər səbətində yer alıblar. Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı I qrupundan İspaniyanın “Vilyarreal” və İsrailin “Makkabi Təl-Əviv” klubları pley-offa vəsiqə qazanıblar.

Bu mərhələdə UEFA Avropa Liqasında eyni qrupdan çıxmış komandalar, həmçinin eyni ölkə təmsilçiləri rəqib ola bilməzlər. Bundan əlavə, siyasi vəziyyətlə bağlı Rusiya və Ukrayna klubları üz-üzə gəlməyəcəklər.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

"Volfsberq" (Avstriya) - "Tottenhem" (İngiltərə)
"Dinamo" (Kiyev, Ukrayna) - "Brügge" (Belçika)
"Real Sosyedad" (İspaniya) - "Mançester Yuneyted" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Arsenal" (İngiltərə)
"Srvena Zvezda" (Serbiya) - "Milan" (İtaliya)
"Antverpen" (Belçika) - "Reyncers" (Şotlandiya)
"Slaviya" (Praqa, Çexiya) - "Lester" (İngiltərə)
"Zaltsburq" (Avstriya) - "Vilyarreal" (İspaniya)
"Braqa" (Portuqaliya) - "Roma" (İtaliya)
"Krasnodar" (Rusiya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Yanq Boyz" (İsveçrə) - "Bayer" (Almaniya)
"Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya)
"Qranada" (İspaniya) - "Napoli" (İtaliya)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"Lill" (Fransa) - "Ayaks" (Niderland)
"Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

Qeyd edək ki, UEFA Avropa Liqasında onaltıdabir final mərhələsinin ilk oyunları 2021-ci il fevralın 18-də, cavab matçları həmin ayın 25-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da başlayacaq. Səpələnmişlər səbətində yer alan komandalar ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirəcəklər. Turnirin səkkizdəbir final mərhələsinin püşkü fevralın 26-da atılacaq.


Etiketlər:  UEFA Avropa Liqası Pley off mərhələsinin püşkü atılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ