Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda “iPhone” istehsalı zavodu dağıdılıb

Hindistanda “iPhone” istehsalı zavodu dağıdılıb

Tarix: 15 Dekabr 2020 14:24

Hindistanın Karnataka ştatında işçilər “Apple” smartfonlarının istehsal olunduğu zavodun ofisini dağıdıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, “Wistron Corp” şirkətinin ştatda yerləşən zavodunun qarşısına toplaşan minə yaxın insan əməkhaqqını tam almamasından şikayət edərək borcun ödənilməsini tələb edib. Münaqişənin iğtişaşlara çevrilməsi nəticəsində işçilər tərəfindən bir avtomobil yandırılıb. Daha sonra polis dəyənəklərdən istifadə edərək etirazçıları dağıdıb.
 
Qeyd edək ki, Tayvanın “Wistron Corp” şirkəti ABŞ-ın “Apple” korporasiyasının podratçısı qismində çıxış edir. Onun Karnataka ştatındakı zavodunda ucuz “iPhone SE” smartfonları istehsal olunur.
 
Nizam Nuriyev



Etiketlər:  Hindistanda iPhone istehsalı zavodu dağıdılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ