Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zaqatalada karantin rejimi ilə əlaqədar reydlər keçirilir (FOTO)

Zaqatalada karantin rejimi ilə əlaqədar reydlər keçirilir (FOTO)

Tarix: 15 Dekabr 2020 16:48

Bakı. Samir Əli - Trend:

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun giriş və çıxışlarında qurulan karantin postlarında polis və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər. Postlarla yanaşı, şəhər daxilində də mobil qruplar tərəfindən yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır.

İcazələri olmadan yaşadıqları ünvanları tərk edənlərə sərtləşdirilmiş karantin rejiminin tələbləri diqqətə çatdırılır və barələrində cərimə protokolu tərtib olunur. Həmçinin, reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Zaqatalada karantin rejimi ilə əlaqədar reydlər keçirilir (FOTO) - Gallery Image Zaqatalada karantin rejimi ilə əlaqədar reydlər keçirilir (FOTO) - Gallery Image


Etiketlər:  Zaqatalada karantin rejimi ilə əlaqədar reydlər keçirilir FOTO


RƏYLƏR