Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 00:46
Gələn il Gürcüstanda dövlət qulluqçularının əməkhaqqı fondu əhəmiyyətli şəkildə azaldılacaq. Bununla belə, 2021-ci ildə ölkədə pensiyalar, müəllim, polis və hərbi qulluqçuların maaşları artırılacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
O deyib ki, ölkənin 2021-ci il üçün dövlət büdcəsi əsasən iqtisadi böhran əleyhinə olacaq. Eyni zamanda, büdcədə vətəndaşlara və biznesə dəstək istiqamətləri nəzərdə tutulub.
Onun sözlərinə görə, təkcə İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin əməkhaqqı fondu təxminən 2 milyon lari azaldılıb.