Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 10:10
Belçikanın "Ostende" klubu futbolçusu Fabris Ondoa ilə müqaviləni pozub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.
Ötən həftə 24 yaşlı qapıçının evindən səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu məlum olub.
Ondoanın qonaqları hadisə yerinə gəlmiş polislərə hücum etməkdən də çəkinməyiblər.