Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 10:34
Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkmiş hər bir vətəndaşa dövlət tərəfindən yardım ediləcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, ölkə başçısının sərəncamı ilə mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin icrasına başlanıb. Dəyən ziyanın qarşılanması üçün yaradılmış işçi qruplarına 11 rayonda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sərəncama əsasən, "ASAN xidmət" tərəfindən vahid məlumat bazası formalaşdırılacaq. Bazaya mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, dəyən ziyanın dövlət tərəfindən qarşılanması vətəndaşların sosial rifahlarını yaxşılaşdıracaq. Bu isə savaşın iqtisadi nəticələrinin fəsadlarının aradan qaldırılmasında önəmli rol oynayacaq.
Bütün bu tədbirlər tez bir zamanda həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: