Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 11:40
Bakı. İlhamə İsabalayeva - Trend:
COVİD-19-a qarşı Azərbaycana hansı vaksin gətirilirsə gətirilsin, onun çox faydalı olacağını fikirləşirik.
Trend-in məlumatına görə, bunu ÜST-nin Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, bəzi ölkələr ÜST-nin təsdiqlədəyi vaksinləri yetərincə keyfiyyətli qəbul edərək alırlar: “Yeni vaksinlərin heç bir ÜST tərəfindən təsdiqlənməyib. Artıq bəzi vaksinlər bəzi ölkələrin vaksinlərini almağa başlanılıb. ÜST bu prosesləri izləyir. ÜST təcili durum şəraitində bu vaksinlərin alınması üçün gərəkli tövsiyələrini çox yaxın vaxtlarda dünyaya açıqlayacaq”.
H.Harmancı qeyd edib ki, hazırda Azərbaycanda vaksinasiya planı hazırlanır: “Biz də buna texniki dəstək veririk. Çox yaxın vaxtlarda bununla bağı ÜST eksperti də Azərbaycana gələrək hökumətə yardım edəcək. Bu vaksinin nə zaman və nə qədər alınacağı da çox önəmlidir”.