Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland və Belçikadakı məscidlərdə şəhidlərimiz yad edilib (FOTO)

Niderland və Belçikadakı məscidlərdə şəhidlərimiz yad edilib (FOTO)

Tarix: 16 Dekabr 2020 15:42

Bakı. Ceyhun Ələkbərov - Trend:

Niderland və Belçika Krallıqlarındakı türk məscidlərində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olan şəhidlərimizin ruhu yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, anım mərasimi Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının və azərbaycanlı icmasının təşəbbüsü ilə baş tutub. Mərasimdə, həmçinin 44 günlük müharibə zamanı yaralanmış qazilərimizin tezliklə şəfa tapmaları üçün dualar oxunub.

Mərasimdən öncə Hollanda Türk İslam Quruluşları Birliyinin sədri Abdullah Güvenin İ.Aşkına ünvanladığı məktubda bildirilib ki, Cümə namazında Azərbaycan şəhidləri rəhmətlə anılacaq və Qarabağ qazilərinə şəfa arzulanacaq.
"Allah Can Azərbaycanımızı və Türk ellərini əbədiyyən müzəffər qılsın! Allah yar və yardımçınız olsun!", - deyə A.Güven bildirib.

Niderland və Belçikadakı məscidlərdə şəhidlərimiz yad edilib (FOTO) - Gallery Image Niderland və Belçikadakı məscidlərdə şəhidlərimiz yad edilib (FOTO) - Gallery Image


Etiketlər:  Niderland Belçikadakı məscidlərdə şəhidlərimiz yad edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ