Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Külli miqdarda dərman preparatlarını müsadirə edilib - VİDEO - FOTO

Külli miqdarda dərman preparatlarını müsadirə edilib - VİDEO - FOTO

Tarix: 16 Dekabr 2020 16:30

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Sonxeber.net-a verilən məlumata görə, İdarənin Qırmızı Körpü gömrük postunda Gürcüstandan ölkəmizə boru yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı, 99 NR 144/99 ZE 344 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan boru yükünün içərisində 102 adda 8289 qutu dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Külli miqdarda dərman preparatlarını müsadirə edilib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ