Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2020 18:20
"Qrupdakı rəqiblərimizə baxmaqdan çox, özümüzə baxmalıyıq. Komandamız ildən ilə geriləyir".
Sonxeber.net sportinfo.az-a istinadla xəbər verir ki, bu sözləri millimizin veteran futbolçusu Bəxtiyar Musayev DÇ-2022-nin seçmə mərhələsində yığmamızın qarşılaşacağı rəqibləri dəyərləndirərkən deyib.
Azərbaycan millisi seçmə mərhələdə Qətər, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. DÇ-2022-nin ev sahibi olan Qətər seçməsinin nəticələri qrupa təsir etməyəcək.
Təcrübəli mütəxəssis hazırkı yığmanın gələcəyindən çox ümidsiz danışıb: "Komandanın bu yaxınlarda Millətlər Liqasında çıxışını izlədim. Məncə, tarix ərzində ən zəif millimiz indikidir.
Yeni gənclər gəlir, heyət cavanlaşır, amma çox təəssüf ki, heç bir irəliləyiş yoxdur. Bir cavan oynayanda, 3-5 nəfər də heç bir perespektivi olmayanlar milliyə çağrılır.
Böyük geriləmə var. Millimiz ürəkaçan səviyyədə deyil. Yaxşı bir şey də gözlənilmir".