Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə XİN başçısı: “Rusiya erməni tərəfinin Qarabağda atəşkəsi pozmasının qarşısını almalıdır”

Türkiyə XİN başçısı: “Rusiya erməni tərəfinin Qarabağda atəşkəsi pozmasının qarşısını almalıdır”

Tarix: 17 Dekabr 2020 12:10

Rusiya ilə müqavilələr imzalanıb. Digər tərəfdən, meydanda atılacaq addımları ev sahibi Azərbaycanla da müzakirə etməliyik.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, hazırda Qarabağda müşahidə nöqtələrinə - mərkəzi və digər yerlərə nə qədər insan gələcək, ev sahibi ilə müqavilə imzalanmasına ehtiyac var və ya yoxdur kimi məsələlərlə bağlı Azərbaycanla danışıqlar aparılır: "Ən qısa zamanda bu mərkəzi quracağıq. Atəşkəsin davamlı olması üçün lazımi addımları atacağıq. Bunun tezliklə reallaşmasında fayda var. Son günlər Ermənistan tərəfindən atəşkəsin pozulması halları baş verdi. Azərbaycan onların cavabını verdi, amma burada Rusiyanın da məsuliyyəti var. Çünki üçtərəfli bəyanata əsasən, orada Rusiyanın sülhməramlı qüvvələri var. Rusiya atəşkəsin pozulmasının qarşısını almalıdır, əks təqdirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev lazımi mesajı verib".


Etiketlər:  Türkiyə XİN başçısı Rusiya erməni tərəfinin Qarabağda atəşkəsi pozmasının qarşısını almalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ