Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 21:48
Apple şirkətinin öz avtomobili üzərində çalışması barədə məlumat ilk dəfə deyil ki, ortaya çıxır. Lakin görünür, bu dəfə hər şey ciddidir. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Apple Tayvanın TSMC şirkəti ilə birlikdə avtopilot sisteminə sahib olacaq avtomobil üçün prosessor üzərində çalışır. Həmin prosessor isə Apple şirkətinin avtomobilinə inteqrasiya edilə bilər. Bu barədə 4pda saytı xəbər verib. Bir sıra mənbənin verdiyi məlumata əsasən Apple şirkəti hal hazırda böyük avtomobil istehsalçıları ilə danışıqlar aparır. Şirkət bilinməyən layihə üzərində çalışmaq üçün müxtəlif mütəxəssisləri işə cəlb edir.
Onların arasında Tesla şirkətinin mütəxəssisləri də var. Eyni anda şirkət müxtəlif komponentlərin istehsalçıları ilə də danışıqlar aparır. Bu isə öz növbəsində lazımi komponentləri tez bir zamanda əldə etməyə və texnoloji normalara riayət etməyə imkan verəcək. Bununla yanaşı Apple ABŞ-da zavodun inşasında da maraqlıdır. Yeni məlumatda qeyd edilib ki, şirkət avtopilot sistem üçün prosessor istehsalı məsələsində Tayvanın TSMC şirkəti ilə əməkdaşlıq edir. Apple şirkətinin avtomobil modelinin satış müddətinə gəldikdə isə insayderlər bildiriblər ki, o, 2021-2025-ci illərdə satışa çıxa bilər.