Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''ASAN xidmət” əməkdaşları ''YAŞAT'' Fonduna 200 min manat ianə etdi

''ASAN xidmət” əməkdaşları ''YAŞAT'' Fonduna 200 min manat ianə etdi

Tarix: 18 Dekabr 2020 11:24

Bakı. Samir Əli - Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "İnnovasiyalar Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən "YAŞAT" Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb. Agentlikdən Trend-ə verilən məlumata görə, müvafiq vəsait Dövlət Agentliyi əməkdaşlarının təşəbbüsü əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

"YAŞAT" Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.


Etiketlər:  ASAN xidmət əməkdaşları YAŞAT Fonduna manat ianə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ