Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda koronavirusa yoluxanların sayı 152 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 152 mini ötdü

Tarix: 18 Dekabr 2020 11:30

Ermənistanda daha 861 nəfərdə koronavirus aşkarlanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 152 392 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 15 nəfər artaraq 2 596-ya çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 648-ə yüksəlib. İndiyədək 131 213 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 17 796 aktiv koronavirus xəstəsi var.

Milli.Az


Etiketlər:  Ermənistanda koronavirusa yoluxanların sayı mini ötdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ