Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə qalın buz qatının yaranma səbəbləri açıqlanıb (ÖZƏL)

Xəzərdə qalın buz qatının yaranma səbəbləri açıqlanıb (ÖZƏL)

Tarix: 18 Dekabr 2020 14:27

Bakı. İlhamə İsabalayeva – Trend:

AMEA Coğrafiya İnstitutu Xəzər dənizinin şimal hissəsində qalın buz qatının yaranma səbəblərini açıqlayıb.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Trend-ə bildirib ki, Xəzərin şimal hissəsi hər il donur, ona görə orada buzun aşkarlanması qeyri-adi hal deyil.

Onun sözlərinə görə, Xəzərin şimal hissəsində suyun səviyyəsi digər ərazilərə nisbətən aşağıdır. Digər tərəfdən, orada Xəzərin temperaturu aşağıdır. Buna görə də dənizin şimal hissəsİ demək olar ki, hər il donur:

“Lakin bu il dekabr ayında Xəzər dənizində, ümumiyyətlə Rusiyanın Avropa hissəsinin cənubunda kəskin soyuqlar müşahidə edilir. Buna görə bu il donma dərəcəsi çoxdur və açıqlanan məlumata görə, bu göstərici hətta 30 faizdən yüksəkdir. Soyuğun kəskinlik dərəcəsindən asılı olaraq, orada buz qatının da qalınlığı böyük olmalıdır".

S.Səfərov qeyd edib ki, iqlm dəyişmələri nöqteyi-nəzərdən baxdıqda son dövrlərdə bütün planetdə havanın temperaturunun yüksəlməsi müşahidə edilir. Amma temperaturun dəyişməsi aylar üzrə bərabər paylanmayıb. Son 30 ildə bəzi aylarda - mart, avqust, oktyabr aylarında havanın temperaturu kəskin şəkildə, bəzi yerlərdə 1 dərəcə, bəzi yerlərdə 1,5 dərəcə artmasına baxmayaraq, noyabr və dekabrda kəskin istiləşmə deyil, bəzi yerlərdə havanın sabit qalması, bəzi yerlərdə isə hətta 0,2-0,3 dərəcə enməsi müşahidə edilir:

"Xəzərin şimal hissəsini də enmənin müşahidə edildiyi həmin əraziyə aid etmək olar. Beləliklə, həm iqlim dəyişmələri - havanın temperaturunun ayrı-ayrı yerlərdə lokal olaraq, anomal soyuması Xəzərin şimal hissəsində ayrı-ayrı illərdə yüksək buz qalınlığının yaranmasına səbəb ola bilər".

Qeyd edək ki, Xəzər dənizinin şimalında anomal qalınlıqda buz aşkar edilib. Rusiya Hidrometeoroloji Mərkəzinin elmi rəhbəri Roman Vilfandın sözlərinə görə, son günlər Rusiyanın Avropa hissəsinin cənubunda kəskin şaxtalar qeydə alınıb və əvvəlcə Azov dənizi, sonra isə Xəzər dənizinin şimalı donmağa başlayıb.

R.Vilfand Xəzər dənizindəki buzun qalınlığı və sahəsinin əvvəlki illərlə müqayisədə normadan 30% çox olduğunu söyləyib.


Etiketlər:  Xəzərdə qalın qatının yaranma səbəbləri açıqlanıb ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ