Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 16:36
Polşada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün üç həftəlik ümummilli karantin elan ediləcək.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu barədə Polşanın Səhiyyə naziri Adam Nedzelski məlumat yayıb.
Karantin dekabrın 28-dən yanvarın 17-nə qədər davam edəcək. Bu müddət ərzində hotellərin, həmçinin dağ-xizək mərkəzlərinin fəaliyyəti dayandırılacaq.
Yeni ildə hökumət insanların hərəkətini məhdudlaşdırmağı da planlaşdırır. Qadağa 31 dekabr 21:00-dan 1 yanvar 6:00-a qədər qüvvədə olacaq.