Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artistin nəvəsi Vətən müharibəsində yaralanıb

Əməkdar artistin nəvəsi Vətən müharibəsində yaralanıb

Tarix: 18 Dekabr 2020 19:00

Əməkdar artist Vahid Əliyevin nəvəsi ikinci Qarabağ müharibəsində yaralanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, nəvəsi artıq evə buraxılıb:

"Ayın əvvəlində nəvəmi görməyə getdim. Füzulidə hərbi hospitalda idi. Artıq evimizə gəlib. Ailənin tək övladı olduğu üçün evə buraxdılar. Könüllü getmişdi. Orada başqa hərbçilərlə də görüşdüm. Bir insanın vətənə sevgisi nə boyda ola bilərdi? Oradakı uşaqlar üçün dünya malı yox idi, ancaq vətən idi.

Orada digər əsgərlər deyir ki, bura niyə gəlmisiz? Deyirəm, nəvəmə görə, inanmadılar. Dedim ki, mənim nəvəm kimdən artıqdı? Biz millət olaraq qazilərə, şəhidlərə, əsgərlərə çox şey borcluyuq".

Milli.Az


Etiketlər:  Əməkdar artistin nəvəsi Vətən müharibəsində yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ