Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ekzemadan necə qorunmalı?

Ekzemadan necə qorunmalı?

Tarix: 19 Dekabr 2020 08:27

Bütün mövsümlərdə xüsusilə də qış mövsümündə müşahidə edilən ekzema insanda diskomfort yaradan dəri xəstəliyidir.

Bəs ekzemadan qorunmaq üçün nə edilməlidir?

Ekzemanın düşməni sabundan həddindən çox istifadə edilməsidir. Bunun üçün sudan və sabundan çox istifadə etməyin. Suyun isə ilıq olmasına diqqət edin.

Duş qəbulundan sonra isə nəmləndiricilərdən istifadə edin.

Həddindən çox isti və soyuq ortamlardan qaçın.

Evinizi nəmli tutmağa kömək edin.

Siqaretdən istifadə edilən ortamlardan uzaq durun.

Stresdən çəkinin. Ekzemanı gücləndirir.

Dərinizi kimyəvi maddələrdən təmasdan qoruyun.

Pambıq parçalardan istifadə etməyiniz faydalıdır.

Tərlədiyiniz zaman ilıq su ilə duş edin.

Süd, pendir, qatıq, yumurta kimi qidalardan istifadə edin.

Milli.Az


Etiketlər:  Ekzemadan necə qorunmalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ