Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 10:56
Bakı. Trend:
Qaziantepdə özəl xəstəxanada baş verən partlayışda 8 xəstə ölüb.
Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, hadisə reanimasiya şöbəsində oksigen balonunun partlaması nəticəsində olub. Partlayışdan sonra yanğın baş verib.
Reanimasiyada olan 19 xəstədən 8-i ölüb, 11-i digər xəstəxanalara köçürülüb.