Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Samir Alışovun ailəsinə ev tikilir, yaralı Elçin Səmədovun ailəsinə isə üç otaqlı mənzil verilib - FOTO

Şəhid Samir Alışovun ailəsinə ev tikilir, yaralı Elçin Səmədovun ailəsinə isə üç otaqlı mənzil verilib - FOTO

Tarix: 19 Dekabr 2020 13:58

Vətən müharibəsinin şəhidi Alışov Samir Cəlil oğlunun ailəsinin ağır ev şəraiti və inşa etdirdiyi evin tikintisinin maddi imkansızlıq səbəbindən yarımçıq qaldığı nəzərə alınmaqla sosial tərəfdaşın dəstəyi ilə həmin evin inşası davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin əməkdaşları ötən ay həmin ailə ilə görüşmüşdülər. Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yaşayan ailənin yaşayış şəraitinin ağır olduğu nəzərə alınaraq Nazirlik sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ev tikintisini öhdəsinə götürmüşdü.

Qısa müddətdə bu işlərə başlandı və tikinti yaxın vaxtlarda başa çatdırılacaq.
Şəhidin valideynləri üçün qısa müddətdə özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat da yaradılıb.

Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) də ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi də qərara alınmışdı. Nazirliyin sosial tərəfdaşı olan "Gilan Holdinq" Şirkəti tərəfindən ailəyə artıq üçotaqlı mənzil təqdim edilib.

Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.

Milli.Az


Etiketlər:  Şəhid Samir Alışovun ailəsinə ev tikilir yaralı Elçin Səmədovun ailəsinə isə üç otaqlı mənzil verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ