Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aylıq 449 manat ödənişlə ev almaq istəyənlərin NƏZƏRİNƏ

Aylıq 449 manat ödənişlə ev almaq istəyənlərin NƏZƏRİNƏ

Tarix: 19 Dekabr 2020 16:48

Satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olunub.

İpoteka və Kredit Zəmanət Fondundan Sonxeber.net-a verilən məlumata əsasən, yeni kompleks Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 132 mənzil təklif olunur.

Qeyd olunan yaşayış kompleksində təklif olunan mənzillərin aylıq ödənişləri 449 manatdan başlayır. Aylıq ödənişlər güzəştli şərtlərlə, mənzilin dəyərinə illik 4 faiz (sığortalanma daxil) həcmində xərclər nəzərə alınmaqla hesablanır. Kompleks üzrə mənzillər 1, 2, 3 və 4 otaqlıdır. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

Hazırda yeni ünvan da daxil olmaqla Fondun balansında olan satmaq öhdəliyi ilə kirayə yaşayış sahələri Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda yerləşir. Bu yaşayış sahələrinin dördü Bakıda, ikisi Sumqayıtda, ikisi isə Xırdalandadır. Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir.


Etiketlər:  Aylıq manat ödənişlə almaq istəyənlərin NƏZƏRİNƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ