Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günün qoroskopu: ciddi işlər planlaşdırmayın

Günün qoroskopu: ciddi işlər planlaşdırmayın

Tarix: 20 Dekabr 2020 00:02

Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - yaxınlarınızla münasibətlərinizdə sirr və ya paradoks var. İfrata varmayın. Vədləri yerinə yetirin.

Buğa - maraqlarınızın toqquşduğu insanla dil tapmağa çalışın. Şəxsi maraqlarınıza həddən artıq diqqət yetirməyin. Ünsiyyət çevrənizi məhdudlaşdırın.

Əkizlər - yaxınlarınız və ya sevdiyiniz insan sizə laqeyiddirsə, sinirlənməyin. Onların problemi var. Günün ikinci yarısında başlayacağınız işləri başa vurmağa can atın.

Xərçəng - qısa müddətdə bitirəcəyiniz işləri görün. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, iradlar irəli sürməyin. Fikrinizi ən dürüst mövqe saymayın.

Şir - cari işgüzar maraqların çərçivəsində qalmağa çalşıın. Layihələrinizi təkmilləşdirin. İşlərin axarını nəzarətdə saxlamağın çətinlik yaratdığı yerlərdəki xaosu aradan qaldırın.

Qız - maraqlı və qeyri-adi ideyalarınız yarana bilər. Mənfi situasiyalarda belə, bəxtiniz gətirə bilər. Günün ikinci yarısında hansısa nöqsanı aradan qaldırmaq, münaqişənin yaranmasına imkan verməmək üçün istifadə edin.

Tərəzi - anlaşma, müqavilə, mühüm qərar, böyük məbləğdə xərcləri təxirə salın. İzafi xəbər axarına uyaraq işlərdən ayrılmayın.

Əqrəb - günün ilk yarısında ciddi işlər planlaşdırmayın. Son nəticəyə əhəmiyyətli dərəcədə təsir edə biləcək səhv ehtimalı böyükdür. Diqqətsizliyiniz və ya xarici amillərin təsiri nəticəsində maliyyə maraqlarınıza zərbə dəyə bilər.

Oxatan - səylərinizi tərəfdaşınız və ya həmkarınızla birləşdirərək ümumi tapşırığın öhdəsindən gəlməyə, problemi həll etməyə çalışın. Münasibətləri aydınlaşdırmağa çalışmayın: konstruktiv söhbət alınmayacaq. Səylərinizi stabilliyin qorunmasına yönəldin.

Oğlaq -  yaxınlarınızla ünsiyyət, son vaxtlar yaranmış fikr ayrılıqlarının nizamlanması üçün yaxşı gündür. Son vaxtlaradək münaqişədə olduğunuz və ya sürəkli mübahisə etdiyiniz insanlarla da dil tapa bilərsiniz.

Dolça - ailədə stabil vəziyyətin bərqərar olması üçün ciddi güzəştlərə və ya qurbanlara ehtiyac duyulmur. Uzunmüddətli planlaşdırma ilə məşğul olarkən niyyətinizin perspektivlərini dəqiq qiymətləndirin.

Balıqlar - maliyyə məsələlərini həll etmək, əmlak bölgüsünü reallaşdırmaq, müvafiq sənədləşdirmə aparmaq olar.


Etiketlər:  Günün qoroskopu ciddi işlər planlaşdırmayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ