Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2020 15:04
"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, İtaliya klubu "Napoli"dən Fernando Llorenteni transfer etmək istəyir. A seriya təmsilçisi 35 yaşlı hücumçunu zədəli oyunçusu Zlatan İbrahimoviçin əvəzləyicisi kimi görür. İspaniyalı futbolçunun "Napoli" ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Fernando Llorente bu mövsüm "Napoli"də oyuna çıxmayıb.