Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nepal Prezidenti parlamenti buraxdı

Nepal Prezidenti parlamenti buraxdı

Tarix: 20 Dekabr 2020 17:54

Nepal prezidenti Bidxa Devi Bxandari parlamentin aşağı palatasını buraxıb və ümumi seçkilər üçün tarix təyin edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Himalayan Times" qəzeti xəbər verir.

Bxandari bu sərəncamı, Nepal Baş naziri Khadga Prasad Sharma Olinun tövsiyəsinə əsasən verib.

Bundan əlavə, o, hökumətin ümumi seçkilərin iki turda - 30 aprel və 10 may 2021-ci il tarixli keçirilməsinə dair tövsiyələrini də təsdiqləyib.

Qəzet qeyd edir ki, hökumət bu tövsiyələri hakim partiyanın daxilində baş verən siyasi böhrandan sonra verib. Belə ki, müxalifət Nepal Kommunist Partiyasından seçilən baş nazirin istefasını tələb edir. 


Etiketlər:  Nepal Prezidenti parlamenti buraxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ