Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo Qvardiolanı istəyir

Ronaldo Qvardiolanı istəyir

Tarix: 25 Aprel 2019 15:28

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Turin klubunu çalışdırmağını istəyir.

Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, 48 yaşlı mütəxəssisin İngiltərə klubundakı işini bəyənən portuqaliyalı hücumçu onun İtaliya təmsilçisində işləməyinə müsbət baxır.

Xəbərdə o da qeyd olunub ki, "Yuventus"un hazırkı baş məşqçisi Massimiliano Alleqri mövsümün sonu klubu tərk edə bilər. Məhz bu səbəbdən A seriyas təmsilçisində yeni baş məşqçi danışıqları başlayıb.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün klub rəhbərliyinin M.Alleqridən narazı olduğu iddia olunur. Buna görə onun 2021-ci ilin iyununda başa çatacaq müqaviləsinin daha tez - yayda ləğv edilə biləcəyi yazılıb.

 


Etiketlər:  Ronaldo Qvardiolanı istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ