Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Astarada karantini pozan çay evinin icarədarı və müştəriləri cərimələnib

Astarada karantini pozan çay evinin icarədarı və müştəriləri cərimələnib

Tarix: 21 Dekabr 2020 14:06

Bakı. Trend:

Astarada karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejim qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Həmin obyekti icarə əsasında işlədən şəxs və 4 nəfər müştəri polis şöbəsinə dəvət olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Etiketlər:  Astarada karantini pozan çay evinin icarədarı müştəriləri cərimələnib


RƏYLƏR