Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2020 16:04
Özünü Vətən torpağına qurban edən oğullardan oldu Əlizamin Ramazanlı. Ailənin sonbeşiyi, 2 bacının 10 ildən sonra dünyaya gələn tək qardaşı idi.
Ən dəyərli əşyalarını yadigar saxlaması üçün anasına verən Əlizamin sonuncu şəklini də elə anası ilə çəkdirərək, yollanıb Vətən müharibəsinə.
Əlizamin əslən Xocalının Kosalar kəndindən idi. Ona görə də ata yurdunun işğal altında olması ilə heç vaxt barışmırdı.
Murovdağ, Kəlbəcər və Füzulini düşmən tapdağından azad edilməsində iştirak edən igidimiz Hadrut uğrunda gedən döyüşlərdə ən yüksək zirvəyə -şəhadətə yüksəlib.
Vətənin igid oğlu ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Böyüyüb, boya-başa çatdığı Bərdə rayonunun Şirvanlı kəndindəki bulaq da artıq "Əlizamin bulağı" adlandırılır. Şəhadətin mübarək, qardaş!
Sonxeber.net xezerxeber.az-a istinadən mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir: