Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 14:58
Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Ağasəlim Mürşüdov da Vətən müharibəsi iştirakçılarından biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirlik əməkdaşları müharibə zamanı yaralanmış Ağasəlimlə və ailəsi ilə görüşüblər. Ağasəlim özü müharibəyə qədər Bakıdakı şirkətlərdən birində işləyib, müharibədə olduğu vaxt və sonralar da hər ay əməkhaqqı ödənilir.
Ailə ilə görüş zamanı atası Namiq Mürşüdovun istəyinə uyğun olaraq özünüməşğulluq proqramına növbədənkənar cəlb edilməsi qərara alındı. Yaxın günlərdə onun üçün heyvandarlıq təsərrüfatı yaradılacaq.
Ağasəlimin iki qardaşı var, hər ikisinə iş təklif edildi, lakin hələ ki, işləmək istəmədiklərini, istədikləri halda isə məşğulluq mərkəzinə müraciət edəcəklərini dedilər. Anası əlilliyi olan şəxs olduğundan yaxın günlərdə onun üçün də birdəfəlik yardım ayrılacaq. Qazinin əlilliyi qiymətləndiriləcək, əlillik təyinatı aparıldığı halda sosial ödənişlərlə təmin olunacaq.