Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il dəmir yollarından 300 min nəfərə yaxın sərnişin istifadə edib

Bu il dəmir yollarından 300 min nəfərə yaxın sərnişin istifadə edib

Tarix: 22 Dekabr 2020 15:56

Bakı. Ceyhun Ələkbərov - Trend:

Cari ilin yanvar-noyabr ayları ərzində dəmir yolu vasitəsilə ölkə daxilində daşınan sərnişinlərin sayı 266 min nəfər olub.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunub ki, beynəlxalq istiqamətlərdə isə 29 mindın artıq sərnişin daşınıb:

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 29-dan ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişindaşımaları dayandırılıb. Yalnız Abşeron Dairəvi Dəmir Yolu xəttinə məhdud sayda qatar buraxılıb. Odur ki, 2020-ci ilin yanvar-noyabr ayları ərzində dəmir yolu vasitəsilə ölkə daxilində daşınan sərnişinlərin sayı 266 min, beynəlxalq istiqamətlərdə isə 29 min nəfərdən çox olub. Ötən ilin müvafiq dövründə isə ölkədaxilində 900 mindən artıq, beynəlxalq istiqamətlərdə isə 200 mindən çox sərnişin daşınıb. 2019-cu ilin müvafiq dövründə ümumilikdə 3.384. 228 sərnişin dəmir yollarından istifadə edib".


Etiketlər:  dəmir yollarından nəfərə yaxın sərnişin istifadə edib


RƏYLƏR