Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın istefasını tələb edən şəhər meri həbs edildi

Paşinyanın istefasını tələb edən şəhər meri həbs edildi

Tarix: 22 Dekabr 2020 17:08

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın Sünik bölgəsinin Kəcəran şəhərinin meri Manvel Paramazyan tutularaq İrəvana aparılıb.

Trend xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

O, baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. Kəcəran merinin hansı ittihamla həbs olunduğu açıqlanmır.

“İzvestiya” müxbirinin verdiyi məlumata görə, Paramazyan əvvəllər Paşinyanın istefasını tələb etmiş və eyni zamanda onun Sünik bölgəsinə səfərinə qarşı çıxmışdı.


Etiketlər:  Paşinyanın istefasını tələb edən şəhər meri həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ