Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ və “Mançester Siti”yə rəqib - Messi uğrunda

PSJ və “Mançester Siti”yə rəqib -  Messi uğrunda

Tarix: 22 Dekabr 2020 18:24

İspaniyanın "Barselona" klubunun kapitanı Lionel Messi daha bir klubun maraq dairəsinə düşüb.

Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçunun Fransa və İngiltərədən sonra İtaliyaya köçmək variantı yaranıb.

Çünki PSJ və "Mançester Siti"nin ardından "İnter" də 33 yaşlı ön xətt oyunçusunu heyətinə qatmaq fikrinə düşüb. Leo özü "Barselona" rəhbərliyini karyerasını davam etdirəcəyi və başqa kluba keçmək variantının olduğu barədə məlumatlandırıb. O, məhz adıçəkilən 3 klubdan biri arasında seçim aparacaq.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqavilə müddətin mövsümün sonuna qədərdir.


Etiketlər:  Mançester Sitiyə rəqib Messi uğrunda


RƏYLƏR