Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayaks''ın kapitanı ''Barselona'' yolunda

''Ayaks''ın kapitanı ''Barselona'' yolunda

Tarix: 17 Aprel 2019 20:36

"Barselona" Matteys de Lixtin transferi üçün "Ayaks"la razılıq əldə etməyə yaxındır.

Qol.az-ın "ESPN" nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu vəziyyətə tam nəzarət edir. "Yuventus" və "Bavariya"nın da maraq dairəsində olan Amsterdam klubunun kapitanı "Barsa"da oynamaq istəyir. "Ayaks" rəhbərliyi söz verib ki, 19 yaşlı müdafiəçiyə görə başqa təklif gəlsə, dərhal ispanları bundan xəbərdar edəcək.

Qeyd edək ki, klublar arasında oxşar razılıq yarımmüdafiəçi Frenki de Yonqun transferi zamanı da əldə olunmuşdu. De Yonqun yeni mövsümdən "Barselona"da oynayacağı dəqiqdir.

 


Etiketlər:  Ayaksın kapitanı Barselona yolunda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ