Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung, yeni Galaxy S21 üçün ön sifarişi elan etdi - QİYMƏTLƏR

Samsung, yeni Galaxy S21 üçün ön sifarişi elan etdi - QİYMƏTLƏR

Tarix: 22 Dekabr 2020 21:52

Çin rəsmi olaraq Samsung Galaxy S21 seriyalı smartfonlar üçün əvvəlcədən sifariş qəbul etməyə başladı. Şirkətdən verilən məlumata görə, bu cihaz gələn il 14 yanvar tarixində satışa çıxarılacaq.

Milli.Az techland.az-a istinadən bildirir ki, əvvəlcədən sifariş verərkən istifadəçilər ödəmə kartı nömrəsini, mobil telefon nömrəsini və onun IMEI-ni göstərməlidirlər. Ayrıca WeChat ID və Alipay hesabları təqdim etməlidirlər. Bu, hər bir istifadəçinin birdən çox smartfon sifariş edə bilməməsi üçün edilir, yəni bu şəkildə Samsung, şişirdilmiş qiymətə satmaq üçün çox sayda smartfon alan spekulyantlarla mübarizə aparmaq qərarına gəlib.

Öncədən sifarişlərin bütün dünyada tezliklə başlayacağı gözlənilir. Qiymətlər $1000 ətrafındadır.

Milli.Az


Etiketlər:  Samsung yeni Galaxy S21 üçün ön sifarişi elan etdi QİYMƏTLƏR


RƏYLƏR