Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pensiyalarla bağlı dəyişikliklər olacaq - TƏFƏRRÜAT - VİDEO

Pensiyalarla bağlı dəyişikliklər olacaq - TƏFƏRRÜAT -  VİDEO

Tarix: 23 Dekabr 2020 11:30

"Əmək pensiyaları haqqında" qanuna bir sıra ciddi dəyişikliklər təklif olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yeniliklərə pensiya təminatında sığorta sisteminin gücləndirilməsi, təyinatda ünvanlılığın artırılması və qarışıqlığın aradan qaldırılması, həmçinin lazım olan əmək stajının müddətinin çoxaldılması aiddir. Bir sözlə, pensiyaların həm təminatı, həm də təyinatı prosesində keyfiyyət yüksəlir.

Bəzi kateqoriyadan olan pensiyaçılara isə əlavə ödənişlər dayandırılacaq.

Bundan başqa, pensiyaya dair müraciətləri artıq heç yerə getmədən, rahat şəkildə evdən yönləndirmək mümkün olacaq.

Nəzərdə tutulan dəyişikliklər yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az


Etiketlər:  Pensiyalarla bağlı dəyişikliklər olacaq TƏFƏRRÜAT VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ