Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Formula 1'': Böyük Britaniya Qran-prisi start götürür

''Formula 1'': Böyük Britaniya Qran-prisi start götürür

Tarix: 12 Iyul 2019 17:40

Bakı. Trend:

"Formula 1" üzrə mövsümün 10-cu Qran-prisi bu gün Böyük Britaniyanın Northemptonşir şəhərindəki "Silverstoun" trasında iki sərbəst yürüşlə start götürəcək.

Trend-in məlumatına görə, iyulun 13-də üçüncü sərbəst yürüş və təsnifat mərhələsi olacaq. Proqram iyulun 14-də Bakı vaxtı ilə saat 17:10-da başlanacaq yarışla bitəcək.

Qeyd edək ki, Böyük Britaniya Qran-prisi ilk dəfə 13 may 1950-ci ildə baş tutub. Bu, həm də "Formula 1" tarixinə birinci Qran-pri kimi düşüb. "Silverstoun" avtodromunun sxemi indiyədək 9 dəfə dəyişib. Tras çətin, yüksək sürətli və çoxlu cəld döngələrə malikdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Formula Böyük Britaniya Qran prisi start götürür


RƏYLƏR