Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2019 17:48
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin son altı ayı ərzində dəmir yolundan istifadə edən sərnişinlərin sayını açıqlayıb.
QSC-dən Trend-ə özəl olaraq verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində dəmir yolu ilə 1 milyon 579 min sərnişin daşınıb. Onlardan 473 mini yerli istiqamətlərdə, 90 mini xarici, 1 milyon 16 mini isə şəhərətrafı elektrik qatarları ilə daşınıb.
2018-ci ilin 6 ayı ilə müqayisədə sərnişindaşımada yerli istiqamətdə 11,5 faiz, beynəlxalq istiqamətlərdə 9,2 faiz, şəhərətrafı elektrik qatarları ilə 29,8 faiz artım müşahidə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin