Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 13:16
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda pandemiya dövründə özəl sektorda işçilərin işdən çıxarılmaması və onlara əmək haqqlarının ödənilməsi məqsədilə monitorinqlər keçirilib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev deyib.
S.Babayev bildirib ki, Prezident İlham Əliyevin islahatlar proqramının bir hissəsi də məşğulluq xidmətlərinin genişləndirilməsi, şəffaflığın və korrupsiyanın qarşısının alınması olub və hazırda da bu istiqamətdə işlər görülür.
Nazir bildirib ki. bu il leqallaşan əmək müqavilələrinin sayı 12 faiz artıb. Onun sözlərinə görə, pandemiya dövründə dövlət qurumlarında çalışan işçilərin 80 faizi işə çxmasa da onlara əməkhaqqı ödənilib.